Azərbaycan Dəmir Yollarında gündəlik qatar sayı 27 faizə yaxın artıb

B Banker.az Facebook Instagram X Youtube B Banker.az Facebook Instagram X Youtube 19 C Baku Tuesday, October 20, 2026 Facebook Instagram X WhatsApp Youtube B Banker.az Ana səhifə Xəbərlər İqtisadiyyat İnvestisiya İnvestisiya məqalələri Kənd təsərrüfatı Neft və Qaz Nəqliyyat Dövlət büdcəsi Energetika Maliyyə xəbərləri Bank xəbərləri Qeyri-bank kredit təşkilatları Sığorta xəbərləri Kapital bazarı Kripto valyutalar Lizinq xəbərləri Lombard FinTex Biznes Yerli biznes xəbərləri Xarici biznes xəbərləri Aqrarbiznes Avto xəbərlər Telekommunikasiya Texnologiya xəbərləri Menecement (təyinatlar) Cəmiyyət İdman Ölkə daxili Ölkə xarici Karyera Rəsmi sənədlər Turizm Məqalələr Maliyyə Marketinq Blog yazıları Menecment Analitika Sığorta məqalələri Bank işi Risklərin idarə edilməsi Müştərilərə faydalı məsləhətlər Şəxsi psixoloq Məşhur şəxslər İnsan Resursları (HR) Hüquqi məsələlər Bu maraqlıdır Blog yazıları Xəbər lenti Alətlər Faktiki illik faiz dərəcəsinin (FİFD) hesablanması kalkulyatoru İQTİSADİ TƏQVİM Vakansiyalar Əlaqə type here... Axtarış Son xəbərlər: Xırdalanda tıxacı azaltmaq üçün yeni layihələr icra ediləcək
Ukrayna Beynəlxalq Valyuta Fonduna ən çox borcu olan 2-ci ölkədir
ABŞ Trampın ikinci müddəti başlayandan bəri 300 mindən çox vizanı ləğv edib
Azərbaycan XİN Fransaya səyahət barədə xəbərdarlıq edib
"Şahdəniz"də 2,9 milyard dollar dəyərində layihə üzrə tikinti işlərinə başlanılıb
Azərbaycan Dəmir Yollarında gündəlik qatar sayı 27 faizə yaxın artıb Nəqliyyat 20/10/2026 Paylaş Facebook X WhatsApp Telegram “Azərbaycan Dəmir Yolları” QSC-nin yükdaşımaları üzrə gündəlik orta qatar sayı 2026-cı ilin üç rübü ərzində yüksəlib.
Banker.az saytının verdiyi məlumata görə, şirkətin yükdaşımaları üzrə gündəlik orta qatar sayı birinci rübdə 5,6 olduğu halda, üçüncü rübdə 7,1-ə çatıb.
Beləliklə, bu göstərici ilin ilk rübü ilə müqayisədə 26,8 faiz artıb.
İkinci rübdə gündəlik orta qatar sayı 7,0 təşkil edib. Üçüncü rübdə isə göstərici nisbətən sabit qalaraq 7,1 olub.
Eyni dövrdə yükdaşımalarının həcmi də artıb. Birinci rübdə 3 milyon 988,7 min ton yük daşındığı halda, üçüncü rübdə göstərici 5 milyon 100,6 min tona yüksəlib.
Şirkətin dəmir yolu nəqliyyatında istifadə olunan enerji göstəricilərinə əsasən, 10 min brutto ton-kilometrə düşən yanacaq sərfiyyatı hər üç rübdə 0,04 ton səviyyəsində qalıb.
Eyni daşıma vahidinə düşən elektrik enerjisi sərfiyyatı isə birinci rübdə 102, ikinci rübdə 107, üçüncü rübdə 106 kilovat-saat təşkil edib.
İlkin Mənbə və İstinad
- Orijinal Mənbə →Banker.azBanker.az — Orijinal xəbər lenti (20.10.2026).


