Ana Səhifə/Xəbərlər/Azərbaycan xəbərləri
Azərbaycan xəbərləri

İmran Əliyevə 12, Elgiz Qəhrəmana isə 11 il iş istənildi

20.10.2026
•
1 dəq oxu
İmran Əliyevə 12, Elgiz Qəhrəmana isə 11 il iş istənildi

“Məclis.info” saytının rəhbəri İmran Əliyev və onunla birgə ittiham olunan ictimai fəal Elgiz Qəhrəman və Tamella Musayevanın məhkəmə istintaqı başa çatıb.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü prosesdə çıxışlar başlayıb.

Dövlət ittihamçısı İmran Əliyevin 12 il, Elgiz Qəhrəmanın isə 11 il müddətinə azadlıqdan məhrum edilməsini və məhkəmə zalında həbsini tələb edib. Prokuror Tamella Musayevaya cəza istəməyə hazırlaşanda isə qadının vəziyyəti pisləşib, ara qarışdığı üçün çıxış yarımçıq qalıb və proses noyabrın 3-nə təxirə salınıb.

Qeyd edək ki, təqsirləndirilənlər Cinayət Məcəlləsinin 8 maddəsi ilə – 192.2.2 (küllü miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 192.2.3 (mütəşəkkil dəstə tərəfindən törədildikdə), 193-1.3.1 (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 193-1.3.2 (xeyli miqdarda törədildikdə), 206.4 (mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq), 213.2.1 (vergiləri ödəməkdən yayınma – mütəşəkkil dəstə tərəfindən törədildikdə), 320.1 (sənəd saxtalaşdırma), 320.2 (saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham edilirlər.

Qeyd edək ki, İmran Əliyev həbsdə, Elgiz Qəhrəman və Tamella Musayeva isə azadlıqdadırlar.

İlkin Mənbə və İstinad

📬 Həftəlik bülletenimizə abunə olun, heç bir xəbəri qaçırmayın!

Süni intellekt, qlobal iqtisadiyyat, maliyyə bazarları və texnologiya dünyasındakı ən mühüm yeniliklər birbaşa e-poçtunuzda.

Spam göndərilmir • İstənilən vaxt 1 kliklə abunəlikdən çıxa bilərsiniz.

Mövzu üzrə Digər Xəbərlər

Bütün xəbərlərə qayıt