“Xalq Sığorta” səhm və istiqrazlardan vəsaitini azaldır, depozitlərə yönəldir

“Xalq Sığorta” ASC son bir ildə investisiya portfelində istiqrazlar və səhmlərin həcmini azaldıb, depozitlərini artırıb. Banker.az xəbər verir ki, bu barədə 1 oktyabr 2026-cı il üzrə rüblük hesabatında qeyd edilib.
Şirkətin depozitləri ötən ilin eyni tarixinə nisbətən 15 milyon 400 min manat artaraq 31 milyon 900 min manata çatıb. İstiqrazların həcmi isə 9 milyon 470 min manat azalaraq 17 milyon 682 min manat olub. Portfeldə səhmlərin həcmi dəyişməyərək 15 milyon 365 min manat təşkil edib. Ümumilikdə investisiya portfeli 64 milyon 946 min manata yüksəlib.
Hesabat dövründə şirkətin investisiya gəlirləri 5 milyon 728 min manat, xalis investisiya mənfəəti isə 5 milyon 709 min manat olub. Bir il əvvəl bu göstəricilər müvafiq olaraq 3 milyon 84 min manat və 3 milyon 64 min manat təşkil edib. Xalis investisiya mənfəətinin əsas hissəsi səhmlərdən əldə olunan 2 milyon 708 min manat, depozitlərdən əldə olunan 1 milyon 941 min manat və istiqrazlardan əldə olunan 1 milyon 43 min manat gəlirin payına düşüb.
“Xalq Sığorta”nın gəlirləri 27 milyon 907 min manat, xərcləri 21 milyon 381 min manat təşkil edib. Şirkət 5 milyon 740 min manat xalis mənfəət əldə edib. Ötən ilin eyni dövründə gəlirlər 24 milyon 439 min manat, xərclər 18 milyon 903 min manat, xalis mənfəət isə 5 milyon 267 min manat olub. Əsas əməliyyat gəlirləri 22 milyon 480 min manat, əsas əməliyyat xərcləri 12 milyon 957 min manat təşkil edib.
Qeyri-həyat sığortası üzrə hesablanmış sığorta haqları 22 milyon 101 min manat, ödənişlər isə 7 milyon 837 min manat olub. Bir il əvvəl haqlar 20 milyon 538 min manat, ödənişlər 7 milyon 639 min manat təşkil edib. Sentyabrın 30-na şirkətin aktivləri 95 milyon 512 min manat, öhdəlikləri 33 milyon 730 min manat, kapitalı 61 milyon 782 min manat olub. Məcmu kapital 22 milyon 494 min manat, kapital buferi isə 12 milyon 494 min manat təşkil edib.
Xatırladaq ki, “Xalq Sığorta” 2005-ci ildə yaradılıb. Şirkətin səhmlərinin 100%-i “Xalq Bank” ASC-yə məxsusdur.
Xəbərdən Foto Qalereya (5 foto)
Böyütmək üçün şəklin üzərinə klikləyinİlkin Mənbə və İstinad
- Orijinal Mənbə →Banker.azBanker.az — Orijinal xəbər lenti (22.10.2026).


