Xırdalanda tıxacı azaltmaq üçün yeni layihələr icra ediləcək

Xırdalanda nəqliyyat sıxlığının azaldılması üçün iki yeni yol layihəsi həyata keçiriləcək.
"Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində Xırdalan şəhərində nəqliyyat sıxlığının azaldılması, şəhərdaxili hərəkətin asanlaşdırılması və əsas magistral avtomobil yollarına çıxış imkanlarının genişləndirilməsi məqsədilə iki mühüm yol infrastrukturu layihəsinin həyata keçirilməsi nəzərdə tutulur.
Hazırda Xırdalan şəhərindən keçən dəmir yolu xətti şəhəri iki hissəyə ayırır. Mövcud keçidlərin məhdud olması sürücülərin daha uzun məsafə qət etməsinə, müəyyən küçələrdə nəqliyyat sıxlığının yaranmasına, eləcə də M-1 və M-4 magistral avtomobil yollarına çıxış imkanlarının məhdudlaşmasına səbəb olur.
İkinci layihə isə M-4 magistral avtomobil yolundan Xırdalan şəhərinin mərkəzinə birbaşa nəqliyyat bağlantısının yaradılmasını əhatə edir. Layihəyə əsasən, bu istiqamətdə yeni tunelin və müxtəlif səviyyəli yol ötürücüsünün inşası planlaşdırılır.
Xəbərdən Foto Qalereya (5 foto)
Böyütmək üçün şəklin üzərinə klikləyinİlkin Mənbə və İstinad
- Orijinal Mənbə →Banker.azBanker.az — Orijinal xəbər lenti (20.10.2026).


